Kişi
Kişi var ki, kişidir, amma kişiynən işi yox
Kişi var ki, kişidir, amma kişiynən işi yox
Kişi var, nakişidir, amma deyir ki, kişi yox
Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür
Kişi var, ağzı bütövdür, amma bir cüt dişi yox
Kişi var, pullu işi, yaxşı dişi, közdə şişi
Kişi var, qəlbi kabab, manqalı qüssə, şişi yox
Kişi var, arvadının xeyli vişindən buraxıb
Kişi var, arvadının dövri-qədimdən vişi yox
Kişi var, Azərbaycanda beşindən biridir
Kişi var ki, evində biri vardır, beşi yox
O qədim Ankarada Pünhana erkək dedilər
Kişi bizlərdə imiş, sən demə türkdə kişi yox
(Baba Pünhan)
هیچ نظری موجود نیست:
ارسال یک نظر